“Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirildi. Sənədlər artıq hazırlaraq, cənab Prezidentə təqdim olunub. Əlavə sənədlər olacağı təqdirdə daha bir iclasın olacağı da gözləniləndir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, əfv komissiyasının üzvü Rəşad Məcid bildirib.
Onun sözlərinə görə, Ümummilli Liderin 100 illik yubileyinə qədər əfv sərəncamı baş tutacaq. Güman edirəm ki, bu sərəncam bizim müstəqillik illəri ərzində imzalanmış ən böyük əfv sərəncamları sırasında yer alacaq. Komissiyanın 14 iclasının keçirilməsi və 2000-ə yaxın ərizəyə baxılması nəticəsində xeyli məhbus ailələri sevinəcək. Təxminən 1000-ə yaxın şəxsin əfvi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB