“Panik atak xəstəlik deyil” - PSİXOLOQ DANIŞDI

“Panik atak xəstəlik deyil” - PSİXOLOQ DANIŞDI

“Panik atak təşviş, həyəcan pozuntusu nəticəsində yaranır və səbəbləri müxtəlifdir. Stresdən, psixoloji vəziyyətin dəyişməsi, neqativ hadisələrin çoxluq təşkil etməsi panik atakın səbəbləri sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, panik atakın tam şəkildə müalicəsi mümkündür: “Çünki bu xəstəlik deyil, sadəcə təşvişdən yaranan bir haldır. Bu zaman sadəcə psixoloq və psixaterapevtin müalicəsinə ehtiyac olur. Əgər məsələnin fonunda depresiyya da varsa, psixiatra müraciət etməyə də məcbur oluruq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə