"Televiziyalar cəmiyyəti pozan verilişlərə yer verirlər". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O qeyd edib ki, televiziyalar milli mentalitetimizə uyğun olmayan verilişlər verirlər: "Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar, başqaları çıxırlar efirə yarı azərbaycan, yarı rus dilində danışırlar. Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB