“Multikulturalizm sahəsində Ulu Öndərin xüsusi rolu olub“ - DİREKTOR DANIŞDI

“Multikulturalizm sahəsində Ulu Öndərin xüsusi rolu olub“ - DİREKTOR DANIŞDI

“Cari ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir çox müxtəlif tədbirlər keçirilib, bir çox fikirlər səsləndirilib ən vacibi isə Ulu Öndərin fəaliyyəti ilə bağlı əsərlərlə yenidən tanış olmaq şansı yaranıb. Keçirilən bütün tədbirlərdə vurğulanması vacib, maraqlı bir məqam mövcuddur. Belə ki, istənilən tədbirdə mühüm ana xətt var. İqtisadiyyatla əlaqədar tədbir keçirilirsə, “Ulu Öndərin bu istiqamətdəki islahatları olmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq çətin olardı” fikirləri səsləndirilir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib.

Onun sözlərinə görə, istənilən sahə üzrə tam əminliklə “Ulu Öndərin islahlatlar aparmasaydı, müstəqil Azərbaycan olmazdı” ifadəsini deyə bilirik: “Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideyasını günümüzə qədər qoruyub saxlaya bilmişik. Multikulturalizm sahəsində də Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Ərazisində bir çox xalqların yaşadığı liderin qarşısında iki siyasi xətt dayanırdı. Bütün xalqların tarixini yox etmək, ya da həmin xalqarı, onların mədəniyyətini xalqın zəngin dəyərləri kimi qiymətləndirib, onları qəbul etmək kimi iki yol var idi. Ulu Öndər isə ikinci yolu seçərək, Azərbaycanın multikultural bir ölkə olduğunu sübut etmiş oldu. Günümüz üçün bu çox dahiyanə bir addım idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə