"Millətin tərbiyəsini pozmayın" - SİYAVUŞ NOVRUZOV

"Millətin tərbiyəsini pozmayın" - SİYAVUŞ NOVRUZOV

"Ölkəmizdə bəzi kanallar başqa ölkələrdən götürdüyü verlişləri Azərbaycanda tətbiq edirlər. Bu bizim milli dəyərlərimizə və mentalitetimizə uyğun deyil". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasnda deputat Siyavuş Novruzov deyib.

Deputat sözlərinə belə davam edib: "70 yaşlı adamı evlənib boşanmaq üçün televiziyaya dəvət edirlər. Bizim milli dəyərlərimiz var. Bunlar bizə uyğun deyil. Ziyalılarımız bu məsələlərə münasibət bildirsin, çağırış etsinlər ki, "Sənə nəvə-nəticə baxır. O səndən nə nəticə götürəcək? 5 manat pul qazanırsınız, Allah qəbul etsin. Amma millətin tərbiyəsini pozmayın".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə