Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konfrans keçirilir - YENİLƏNİR

Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konfrans keçirilir - YENİLƏNİR

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, bir çox qurum rəhbərlərinin də iştirakı ilə baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Daha sonra isə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə