“Ulu Öndər Azərbaycançılıq ideologiyasının banisidir“ - KOMİTƏ SƏDRİ

“Ulu Öndər Azərbaycançılıq ideologiyasının banisidir“ - KOMİTƏ SƏDRİ

“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu gün isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tədbir keçirilir. Ulu Öndər Azərbaycanın sosial, iqtisadi, siyasi həyatı ilə bağlı bir çox məsələlərin müəllifidir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Ulu Öndər milli, Azərbaycançılıq ideologiyasının banisidir: “Bugünkü tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar olacaq. Ölkəmiz ilə yanaşı dünyanın müxtəlif ölkələrində Ulu Öndərin 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə