Bakının bəzi əraziləri susuz qalacaq

Bakının bəzi əraziləri susuz qalacaq

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

"Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə