Şəhidin doğum günü qeyd olunub

Şəhidin doğum günü qeyd olunub

Aprel ayının 30-da YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şəhid valideyinləri və partiya fəalları Günəşli kəndində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Ağayev Saleh Nurəddin oğlunun anadan olmasının 31-ci ildönümü münasibətilə əvvəlcə kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyub, sonra ailəsini ziyarət ediblər.

Ziyarət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulur. Dövlətimiz və cəmiiyətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanındadır.

Şəhidin atası Nurəddin Ağayev göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Ağayev Saleh Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə