1 may tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Davamçı Gənclərin İkinci Forumu” həyata keçirilib. SİA xəbər verir ki, “Davamçı Gənclərin İkinci Forumu” Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub.
Tədbir başlamazdan öncə "Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli jurnalistlərə müsahibə verib.
O qeyd edib ki, bir hərəkatı yaşadan ən böyük dəyərlərdən biri məhz onun formalaşdığı ənənələrdir: “Gənclər hərəkatı tərəfindən də bir sıra ənənəvi layihələr həyata keçirilir ki, bunlardan biri də “Davamçı Gənclərin İkinci Forumu”dur. Ötən il bu forumun birincisi keçirildi. Bu il bizim üçün daha xüsusidir. Çünki bu il bildiyiniz kimi cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunub. Biz də bu forum çərçivəsində Ulu Öndərimizin əziz xatirəsini yad edəcəyik”.
Forum zamanı Ulu Öndərin əziz xatirəsi yad edilib, Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərdən bəhs olunub.
İlk olaraq çıxış nitqini söyləyən "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqları salamlayaraq tədbiri açıq elan edib.
O qeyd edib ki, ənənəyə sadiq qalaraq “Davamçı Gənclərin İkinci Forumu” keçirilir: “Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyevin fərmanına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Biz də bu ənənəni Ulu Öndərin əziz xatirəsinə həsr edirik”.
Xatırladaq ki, Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ali təhsil müəssisələrinin nümayəndələri, Ulu Öndər Heydər Əliyevlə birlikdə çalışan Dilarə Seyidzadə kimi şəxslər, “Davam” Gənclər Hərəkatının rəhbərliyi və katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları və media nümayəndələri, o cümlədən 500-dən çox gənc iştirak edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB