“Sağlam səhər yeməyinin saatı hər insan üçün fərqli ola bilər. Xüsusilə də sağlam və xəstəliyi olan insanlarda qida rejimində dəyişkiklik ola bilir. Sağlam insanlar yuxudan durduqdan 1 saat sonra səhər yeməyini qəbul edə bilər. Lakin bu normal səhər saatları oyanan insanlar üçün keçərlidir. Çünki səhərlər gec oyanan insanlar səhər yeməyi olaraq qida qəbul etsələr də, burada sağlam səhər yeməyindən söhbət gedə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, əksər insanların iş saatı 9-da başladığı üçün bəzən saat 7-8 aralığında artıq qida qəbul edirlər: “Belə olan halda yuxudan oyanan kimi dərhal qida qəbul edilməməsinə diqqət edilməlidir. Yuxudan oyandıqdan sonra su içərək, qida qəbulu üçün 30-60 dəq müddətin keçməsini gözləmək mütləqdir. Bu ardıcıllığa riayət edilmədiyi təqdirdə artıq çəki alınır və həzm prosesində problemlər yaranır. Səhər saat 09:30 mədə şirəsinin ən çox ifraz olunduğu zamandır ki, ən kalorili qidalar belə rahatlıqla həzm oluna bilir. Buna görə də iş və qida rejimi biri-birinə mane olmayan şəxslər bu saatda qidalanmağa üstünlük verə bilərlər. Səhər yeməyində mütləq şəkildə yumurta, süd məhsullarından istifadə edilməlidir. Səhər yeməyində çörək, şirniyyat və digər un məmutlarının miqdarının 200 qramı keçməməsinə diqqət etmək vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB