Valideynin uşağı döyərək tərbiyə etməsi nə dərəcədə düzgündür? - PSİXOLOQ DANIŞDI
“Valideynlər uşaqlarını döyməklə onlarda travma yaşada bilərlər. Ortayaşlı bir pasiyentim danışırdı ki, uşaq vaxtı məktəbdə 2 alanda anam məni oxlovla o qədər döymüşdü ki, indi maşınıma 2 rəqəminin istifadə olunduğu nömrələr vurmaq istəyirəm, amma sanki anam görsə yenə məni döyəcək. Valideyni tərəfindən şiddətə məruz qalan azyaşlılar isə fikirləşir ki, indi gücü çatır mənə, bəs mən böyüyəndə də bunu edə biləcəkmi?! Yəni, bu o deməkdir ki, mənim gücüm çatanda mən də onu vuracam”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərove deyib.
Onun sözlərinə görə, biz bu iki nəsil arasında ümumi bir çıxarış əldə etməliyik: “Təbiidir ki, 7 yaşa yaxın uşağın fiziologiya və anatomiyasında təlim-tərbiyə prosesinin sürətlənməsinin əsasında onda baş verən dəyişikliklərə şəxsiyyət kimi yanaşmağımız dayanır.
Uşağın beyni hələ o yaşlarda yeni-yeni inkişaf etməyə başlayır. Biz o dövrdə uşağı hər hərəkətinə görə döysək, təhqir etsək, mənfi təsirlərini görəcəyik. Bunun da qarşısını almaq üçün biz ilk öncə uşaqla yox, valideynlə işləməliyik. Əlbəttə ki, tərbiyə prosesində yüngül cəza növləri var. Amma hər gün döyülmək bir uşağın gələcəkdə cinayətkar, hətta qatı qatil olmasına səbəb ola bilər. Çünki həmin insan fikirləşir ki, əgər doğmam məni bu cür döyürdüsə, mən də başqasını döyə bilərəm. Get-gedə həmin insanda qatil düşüncəsi formalaşmağa başlayır. Həmin adamlarda amansız düşüncələri də valideynlər yetişdirir. Ona görə də hər bir valideyn övladında baş verəcək hadisədə öz səhvini görə bilsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB