“Davamçı Gənclərin İkinci Forumu” keçirilir - YENİLƏNİR - FOTOLAR

“Davamçı Gənclərin İkinci Forumu” keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün “Davamçı Gənclərin İkinci Forumu” keçirilir. SİA xəbər verir ki, forum “Davam” Gənclər Hərəkatı tərəfindən təşkil olunur.

Tədbir başlamazdan öncə
"Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli jurnalistlərə müsahibə verib.

O qeyd edib ki, bir hərəkatı yaşadan ən böyük dəyərlərdən biri məhz onun formalaşdığı ənənələrdir: “Gənclər hərəkatı tərəfindən də bir sıra ənənəvi layihələr həyata keçirilir ki, bunlardan biri də “Davamçı Gənclərin İkinci Forumu”dur. Ötən il bu forumun birincisi keçirildi. Bu il bizim üçün daha xüsusidir. Çünki bu il bildiyiniz kimi cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunub. Biz də bu forum çərçivəsində Ulu Öndərimizin əziz xatirəsini yad edəcəyik”.

Daha sonra isə tədbir başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəqlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İlk olaraq çıxış nitqini söyləyən "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqları salamlayaraq tədbiri açıq elan edib.

O qeyd edib ki, ənənəyə sadiq qalaraq “Davamçı Gənclərin İkinci Forumu” keçirilir: “Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyevin fərmanına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Biz də bu ənənəni Ulu Öndərin əziz xatirəsinə həsr edirik”.

Qeyd edək ki, “Davamçı Gənclərin İkinci Forumu” Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə