Media nümayəndələri partlayış baş verən ərazidə olublar

Media nümayəndələri partlayış baş verən ərazidə olublar

Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub. SİA xəbər verir ki, bu gün media nümayəndələri mina partlayan ərazidə müşahidə aparıblar.

Məlumat verilib ki, partlayış nəticəsində mina axtarışlarına cəlb olunan podratçı şirkətin əməkdaşları həlak olublar. Onlar ərazinin minalardan çirklənmə dərəcəsini dronlarla aşkar etmə işi ilə məşğul olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə