Vətən naminə görülən böyük işlər MASALLIDA TƏDBİR

Vətən naminə görülən böyük işlər MASALLIDA TƏDBİR

Akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran nəcib niyyəti, xeyirxah əməlləri

Aprelin 28-də MasallI rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Güllütəpə kənd kitabxana filialında görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Güllütəpə kənd orta məktəbin şagirdləri və oxucular iştirak ediblər.

Tədbirdə öncə Ulu öndər Heydər Əliyevin, Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filialın müdiri Gülsənəm Cahangirova tədbir iştirakçılarına çıxışında tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açıb.

Qeyd olunub ki, ki, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

ƏIİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə