6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası xidməti göstərilib

6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub. Nazirlikdən SİA-ya verilən məlumata görə, onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 159 şəxsə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Bu dövrdə 448 imtiyazlı şəxs Agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə