Ölçüsü normadan böyük olan meyvə-tərəvəzlər zərərlidir? - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

Ölçüsü normadan böyük olan meyvə-tərəvəzlər zərərlidir? - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

"Ölçüsü normadan böyük olan və daha xoş görünümlü meyvə-tərəvəzlər əslində çox aşağı kateqoriyalı, zərərli və geni dəyişdirilmiş bir məhsuldur. Məsələn, 1 ədəd kiçik alma 100 qramdırsa, 1 ədəd böyük yetişmiş alma 180 qramdır. Bəzən olur ki, böyük alma daha da böyüyür, üzərində ləkələr olmur. Belə meyvələr geni dəyişdirilmiş sayılır. Burada əsas məqsəd məhsulların cürüməməsi və öz görüntüsünü qoruyub saxlamasıdır. Bunlar orqanizmə çox mənfi təsir göstərir. Məsələn, pomidora əqrəb geni əlavə edilir. Çünki bu halda inkişaf dövründə heç bir zərərverici və həşərat pomidora toxunmur və məhsuldarlıq yüksək olur. Lakin bu pomidorun nə ətri, nə də dadı olur". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, transgen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azdır: "Bu maddə pomidor və qarpıza qırmızı rəng verən təbii maddədir.

Bəzi insanlar heç bunun fərqinə varmasalar da, geni dəyişdirilmiş meyvələr parıltılı olur. Ona elə bir maddə vurulur ki, meyvənin qabığı şəffaf və parıltılı olur. Təbii ki, bu yalançı bir görünüşdür. Çalışın görüntüyə aldanmayın və əsl meyvə-tərəvəzlərə üstünlük verin. Genetik modifikasiya olunmuş maddələr dünya əhalisinin ümumi səhhətinə çox ciddi təsir göstərir. Məsələn, qadın və kişilərdə piylənmə artıb. Bunun səbəbi genetik modifikasiya olunmuş məhsulların daha çox üstünlük təşkil etməsidir".

Dietoloq sözlərinə belə davam edib: "Mən, məsləhət görərdim ki, ümumiyyətlə genetik modifikasiya olunmuş meyvə-tərəvəzlərin satışına qadağa qoyulsun. Onların tərkibi araşdırılsın. Bizim torpağımız bərəkətli və məhsullarımız yaxşıdır. Bəzən meyvə tərəvəzlərin görüntüsü itməsin deyə onlara normativdən artıq maddələr əlavə olunur. Bu meyvənin uzun müddət qalması üçündür və orqanizmə çox böyük mənfi təsir göstərir. Bu işlə məşğul olmaq lazımdır.

Çalışaq ki, mövsümünə uyğun təbii meyvə-tərəvəzlərə üstünlük verək. Əgər hansısa bir meyvənin ölçüsü normadan böyükdürsə, deməli ona genetik müdaxilə olunub və şişirdilib. Belə məhsullardan istifadə etməyin. Yerli məhsullara üstünlük verin. Bizim yerli məhsullarımız bütün dünyada məşhurdur. Yaraşıqlı meyvə zəhərdir. Meyvəni qoxlayın, ondan ətir gəlməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə