İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun Bakıya gəlib.
SİA xəbər verir ki, səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.
Onlar eyni zamanda, Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Qeyd edək ki, adları çəkilən idmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizə dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB