"Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi sürətlə artır" - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezident İlham Əliyev artıq bir neçə dəfə Bolqarıstana səfər edib. Məlum olduğu kimi, Azərbaycanla Bolqarıstan əlaqələrinin əsası 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Bolqarıstana səfəri zamanı qoyulub və sonrakı dövrdə də əlaqələr daha da inkişaf etdirilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir: "Cənab Prezidentin Bolqarıstana baş tutan sonuncu səfəri zamanı iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb. Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi də sürətlə artır. Hazırda Azərbaycanın Qərbin enerji təhlükəsizliyi məsələsində çox fəal rola sahib olduğunu vurğulamaq isə olduqca vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB