"Dialoq zamanı olduqca diqqətli və həssas olmalıyıq" - PSİXOLOQ DANIŞDI

"Dialoq zamanı olduqca diqqətli və həssas olmalıyıq" - PSİXOLOQ DANIŞDI

"Valideynlərin övladlarına əl qaldırma məsələsi çoxşaxəli məsələdir və yaş dövründən asılıdır. Aşağı yaşlarda uşaqlar nadinc olur, valideynlərinin dediklərinin əksini edirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, işləyən valideynlər evə yorğun gəlir və uşaqlarla münasibətdə səbrsiz olurlar: "Bütün bunlar son nöqtədə valideynlərin uşağa əl qaldırması ilə nəticələnir. Bunlardan əlavə ailədaxili münaqişələr də insanlarda böyük gərginliyə səbəb olur. Bu gərginlik isə özünü uşaqlarla münasibətdə göstərir. Yəni valideynlərin hansı səbəbdən əl qaldırmasına konkret cavab vermək çətindir, göründüyü kimi sadaladığımız və sadalamadığımız bir çox səbəblər var.

Adətən əl qaldırma hallarına uşağın daha az yaşlarında rast gəlinir. Uşaq böyüdükcə bu problem də aradan qalxır. Çünki uşaq da artıq özünü müdafiə edə bilir və valideyninə qarşı çıxmağı bacarır. Hətta müəyyən hallarda valideyninə əl qaldıran uşaqlarla da rastlaşmışıq. Təbii ki, bu cür vəziyyətlərin yaşanıb-yaşanmaması valideynlərin məhz özləri ilə də bağlıdır. Buna görə də uşaqla münasibətdə, dialoq zamanı olduqca diqqətli və həssas olmalıyıq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə