"AQTA məsələ ilə bağlı mütəmadi reydlər keçirməlidir" - MÜTƏXƏSSİS BİLDİRDİ
“Bəzən marketlərdə vaxtı keçmiş dondurmalar satışa çıxarılır. Bunu yalnız laboratoriya müayinəsindən sonra müəyyən etmək olar. Təbii ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq bu məsələ ilə bağlı reydlər keçirməli və nümunələr götürüb analizlər tətbiq etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, eyni zamanda, işığın sönməsi, soyuducunun anidən xarab olması kimi hər hansı bir texniki problem çıxa bilər: “Bu zaman dondurmalar əriyib yenidən dondurularsa, onda bağırsaq çöpləri söz mövzusudur. Bağırsaq çöpləri dondurmanın tərkibində çoxalanda mikrobioloji çirklənməyə səbəb olur. Bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. Bundan əlavə, dondurucular soyuducuda uzun müddət saxlayırlar. Düşünürlər ki, dondurmanı soyuducuda saxladıqda heç bir problem olmaz. Amma hər məhsulun saxlanma müddəti var. Ona görə də istehlakçılar məhsulu alarkən son istifadə tarixinə diqqət etməlidir. Hətta dondurmanın qutusuna, bağlamasına da diqqət edilməlidir ki, deformasiyaya uğramış olmasın. Əgər aldıqdan sonra dadında və ya qoxusunda bir dəyişiklik hiss edərlərsə, o zaman AQTA-ya, həmçinin Azad İstehlakçılar Birliyinə birbaşa məlumat vermək hüquqları var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB