Etiqad etdiyi dinin əmr və qadağalarına tabe olan insanlara dindar deyilir. Dindarlar Allahın birliyinə və kainatdakı hər şeyin Allah tərəfindən yaradıldığına inanırlar.

Son zamanlar ölkəmizdə dindar insanların sayı çox artıb. Bunu yaxın ətrafdan da müşahidə etmək mümkündür. Belə ki, 10 nəfərdən 7-si artıq namaz qılır, ibadət edir. Bəs, bu müsbət, yoxsa mənfi haldırmı? Dindar insanlar kimlərdir?
SİA mövzu ilə bağlı araşdırma edib.
Dindarlığın əlamətləri hansılardır?
Möminin və ya dindarın üç əsas xüsusiyyəti var: Allaha qarşı sarsılmaz bir imana sahibi olmaq, lazım gəldikdə mal və sərvəti Allah rizası üçün fəda edə bilmək, etibarlı, etimadlı və bəladan uzaq olan biri olmaq.

Dindar insan kimdir?
Dindar lüğətdə “köklü dini etiqadlı, dini qaydalara əməl edən, təqvalı” mənasındadır. Allahın halal saydığı şeylərə üz tutanlara, haramdan çəkinənlərə, dinlərinin əmrlərinə tamamilə tabe olanlara, dünyanın və kainatın ilahi bir qüvvə tərəfindən yaradıldığına inananlara dindar deyilir.
Dindarlığın miqyası nədir?
Dindarlığın bu beş ölçüsü; ibadət ölçüsü, inanc ölçüsü, dini bilik ölçüsü, dini təcrübə ölçüsü və dinin sosial təsiri.

Dindarlığın ölçüləri hansılardır?
Quranda ifadə edilən dindarlığın altı ölçüsü olduğu anlaşılır: Bunlar inanc ölçüsü, ibadət ölçüsü, əxlaqi ölçü, düşüncə ölçüsü, duyğu ölçüsü və bilik ölçüsüdür.
Qatı-dindar nədir?
Fundamentalizm (radikal dindarlıq, dini fundamentalizm və ya ekstremizm) çox vaxt dinin fundamental prinsiplərinə qayıdış tələbi ilə səciyyələnən, digər baxışlara qəti şəkildə riayət edən və onlara dözümsüzlük göstərən antisekulyar dini cərəyan və ya nöqteyi-nəzərdir.

Dini tədqiqatçı Vüqar Abbasov: "Əlbəttə ki, Allaha yaxınlaşmaq müsbət bir haldır. Amma bunu dini biliyə sahib olaraq etmək lazımdır. Dini biliyi də Allahın kitabı olan Quranı oxumaqla ala bilərik. Bu kitabı Allah bizə göndərib ki, qiyamət gününə kimi qoruyub saxlayaq.
Bugün nə məscidlərdə, nə də televiziyada Qurandan danışılmır. Belə ki, ancaq hədislərdən bəhs olunur. Quranda bir ayə, 20-30 hədis deyirlərş Bu çox absurddur. İnsanlara birinci Quranı öyrətmək lazımdır. Çünki saxta hədislər o qədərdir ki, insanlar hansının həqiqi və saxta olduğunu aydınlaşdıra bilmir.
Hədis Qurana uyğundursa, deməli həqiqidir. Yəni, Quranda deyiləni təstiq edirsə, deməli həqiqətdir. Əks halda saxtadır.
Bu gün namaz qılmağı ərəb dilində təbliğ edirlər. 30-40 ildir namaz qılan insanlar var ki, nə oxuduğunu bilmirlər. Məsləhətim odur ki, insanlar birinci Quranı öyrənsinlər daha sonra namaz qılmağa və dindarlığa başlasınlar. Dindar ailələrə sual verin ki, "Onların neçə faizi Quranı Azərbaycan dilində bilir və övladlarına öyrədib?".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB