“Piyada keçidlərində üstünlük piyadalara verilir“ - EKSPERT DANIŞDI
“Yol hərəkətinin təşkilində müəyyən təhlükəsizlik məsələləri var ki, baş verə biləcək hadisələrin qarşısının alınması üçün həm öncədən tədbirlər görülür, həm də cəza tədbiri həyata keçirilir. Bir çox qəzalar nəqliyyat vasitələrinin piyadaları vurması nəticəsində yaranır. Çünki adətən baş verən yol nəqliyyat hadisələrinin bir çoxu insanların xəsarət alması və ya ölümü ilə nəticələnir. Ümumiyyətlə nəqliyyat vasitəsi və piyadanın iştirakı ilə baş tutan qəzalar çox zaman ölüm ilə nəticələnir, çünki piyadalar müdafiəsizdirlər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.

Onun sözlərinə görə, əvvəllər piyada keçidlərində üstünlük nəqliyyat vasitələrinə verilirdi: “Buna görə də piyadalar yol keçmək üçün nəqliyyat vasitələrinin bitməsini gözləyirdilər. İndi isə nizamlanmayan piyada keçidlərində üstünlük piyadalara verilir. Bu üstünlük isə bəzi zamanlarda piyadların ölümünə və ya xəsarət almasına səbəb olur. Çünki piyadalar yol keçmək üstünlüyünün onlarda olduğunu düşünürək yola diqqət etmədən keçirlər. Bu səbəbdən piyadalar da yol hərəkəti məsələlərində məsuliyyət hiss etməlidirlər. Ümumiyyətlə piyada keçidləri görünüş dairəsinə görə piyadaların nəqliyyat vasitəsini yaxşı görə biləcəyi şəkildə olmalıdır. Lakin hələlik bu məsələnin üstü açıq olaraq qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB