“Biznes sahibləri suyu əhaliyə necə gəldi təqdim edirlər“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Biznes sahibləri suyu əhaliyə necə gəldi təqdim edirlər“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Azad İstehlakçılar Birliyi 26 ildir ki, fəaliyyət göstərir. Keçən 26 il ərzində suların ekspertizası prosesini müşahidə etməmişik. Bu illər ərzində bir dəfə primitiv analiz aparmaqla 12 su barədə məlumat vermişəm və bir həftə ərzində üç yerdə məhkəməyə verilmişəm”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, suyun ilahiliyindən istifadə edən biznes sahibləri suyu əhaliyə necə gəldi təqdim edirlər: “Mineral su adı altında qeyri-mineral sular satılır. Bu istiqamətdə mühit tamamilə qeyri-şəffafdır. Düşünürəm ki, AQTA bu məsələni araşdırmalıdır. AQTA yalnız etiketdən şübhə duyduqda, məhsulun etiketə uyğun olub-olmamasını yoxlayır. Görünür ki, bu vaxta qədər sularla bağlı heç bir şübhəyə düşməyiblər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə