“Digər ölkələrin təcrübələrindən yararlanmaq lazımdır“ - EKOLOQ AÇIQLADI
“Bakı şəhərinin ərazisi olduqca böyükdür. Bu cür böyük ərazidə tullantıları hərəkətə gətirib, təmizlənmə və çeşidlənməsini həyata keçirmək böyük bir məsələdir. Tullantıların da müxtəlif növləri mövcuddur və ikinci emala yaramayan tullantılar var”. Bu sözləri SİA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev bildirib.
Onun sözlərinə görə, kağız kardonların yenidən emal edilməsi çox vacib məsələdir. Plastik kütlələrin də yenidən emal edilməsi görülməsi vacib olan işlər sırasında yer tutur.
Ümumiyyətlə yenidən emalla bağlı digər ölkələrin təcrübələrindən yararlanmaq lazımdır. Məsələn xarici ölkələrin bir çoxunda plastik kütlələr ayrı, kağız kardonlar ayrı, digər tullantılar isə ayrı qablarda yığılır. Nəticədə isə toplanılan və emalı mümkün olan tullantılar birbaşa yenidən emalı göndərilə bilir. Yəni burada əlavə çeşidlənmə prosesinə ehtiyac duyulmur. Bu praktik bir məsələdir və buna görə də danışmaqla həlli mümkün deyil. Bu istiqamətdə ciddi işlər görülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB