Xalq arasında fitrə adı ilə tanınan fitrə sədəqəsi insan olaraq yaradılmanın və Ramazanda oruc tutub bayrama çatmağın şükürüdür. Din baxımından zəngin olan və Ramazan ayının sonuna çatan müsəlmanın müəyyən insanlara sədəqə verməsi vacibdir.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Fitrəni kim verməlidir?

İnsan özünün və azyaşlı övladlarının fitrəsini verməyə borcludur. Hz. Peyğəmbər (s) buyurmuşdur ki, fitrə qul və azad, böyük və kiçik, kişi və qadın, bir sözlə hər bir müsəlman üçün vacibdir.
Fitrə nə vaxt verilir?
Fitrə sədəqəsinin vacib olduğu vaxt Fitr bayramının birinci günüdür, lakin bayramdan əvvəl də verilə bilər. Bu daha da fəzilətlidir. Ancaq bayram günü və ya daha sonra da verilə bilər. Lakin bayram namazından əvvəl vermək müstəhəb sayılır.
Şafii məzhəbinə görə, bayramın birinci günü günəş batandan sonra fitrə vermək düzgün deyil. Üzrlü səbəblər istisnadır. Ramazanın ilk günlərində də fitrə vermək olar.
Fitrə kimə verilir?
Fitrə sədəqəsi öz qayğısına qala bilməyən yoxsul müsəlmanlara verilir. Vacibdir ki, fitrə sədəqəsi verməli olan şəxs bunlardan birbaşa və ya dolayısı ilə faydalanmasın. Eyni qayda zəkat üçün də keçərlidir. Bu səbəbdən insan öz zəkatını, fitrə sədəqəsini öz üsuluna və nəslinə verə bilməz. Həmçinin ər-arvad bir-birinə zəkat, fitrə və fidyə verə bilməzlər.

Hənəfilərə görə aşağıda sadalananlara fitrə verilmir:
a) Valideynlərə, babalara və nənələrə,
b) Oğul, oğul uşaqları, qız, qız uşaqları və onlardan doğulan uşaqlar;
c) arvadına,
d) Zəngin, yəni əsas ehtiyaclarından başqa nisab miqdarında mal sahibi olan şəxs;
e) Yeniyetmə olmamış, atası zəngin olan uşaq
Şafiilərə və Əbu Yusifə görə, müsəlman olmayana fitrə verilə bilməz.
Fitrə necə müəyyən edilir?
Fitrənin məqsədi, yaşadığı cəmiyyətin həyat səviyyəsinə uyğun olaraq bir kasıbın gündəlik yeməyini qarşılamaq, bununla da onun bayram sevincində iştirakına töhfə verməkdir.
Bu gün fitrə sədəqəsinin miqdarının müəyyən edilməsində insanın bir günlük (iki dəfə yemək) normal qida ehtiyacını ödəyəcək miqdarın ölçülməsi daha məqsədəuyğundur.
İnsan dini cəhətdən zəngin olanlara, oğluna (ana, ata, baba və nənə), övladlarına (övladlarına və nəvələrinə) və həyat yoldaşına fitrə sədəqə verə bilməz. Fitrə bir kasıba verilə və ya bir neçə kasıba paylana bilər.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərdəki nəzir qutularına nəzarətin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirmişdi.
Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: “Fitrə zəkatı bayram axşamı çıxarılır. Yəni, sabah bayramdırsa, bir gün qabaq, sonuncu günün axşamı elə ki, şam namazı oldu, insanlar fitrə zəkatını çıxarmalıdır.
Fitrə zəkatı ailə üzvü neçə nəfərdirsə, hər ailə üzvünün adına çıxarılır. Bunu ailə başçısı çıxarır.
Ən çox istifadə olunan ərzaqdan dinimizdə belədir 3 kiloqram hər adam başına hesablanır. Ən çox istifadə olunan ərzaq undur. Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq tövsiyə edirik ki, imkanı olan insanlar, maddi durumu normal olan insanlar fitrə zəkatını çıxarır. Bu da yoxsullar və imkansızlar üçün bir paydır. Mümkündürsə, bunu biraz orta səviyyədə olan ərzaqdan hesablasalar daha gözəldir. Amma bir adamın imkanı o dərəcədədir ən aşağı yəni miqdarda, məbləğdə olan ərzaqdan hesablayırsa, eyib etməz onu hesablaya bilər. Yəni, undan, buğdadan onu hesablayıb götürmək ixtiyarına malikdir. Onun özünü o şəkildə verə bilər, və yaxud pulunu hesablayıb verə bilər ki, bu daha gözəldir. Bir sözlə, pulunu versə daha yaxşıdır.
Amma orta səviyyədə götürüləndə düyüdən hesablasa daha yaxşıdır. Düyüdən hesablananda hər adam başına təqribən 10-15 manat məbləğində pul düşər ki, bunu insan bir dəfə ayırır və ayırdığı pulu da tanımadığı insana vermir, heç bir məscidə gəlib onu nəzir qutusuna qoymur, onu tanıdığı qohum-əqrəbasında olan yoxsula, imkansıza və ehtiyacı olana verir, qonşularında olan imkansıza özü aparıb verməlidir, özü çatdırmalıdır və yaxud öz yaxınını vəkil edir, kimsəyə tapşırır ki, məbləği aparıb o imkansıza çatdırırlar.
İmkanı müqabilində onu bayram günü, bayram namazına qədər versə daha yaxşıdır, birdən çatdıra bilməsə Zöhr namazına qədər versə daha yaxşıdır. Amma əgər bunu da heç cürə çatdıra bilmirsə, gün ərzində fitrə zəkatını imkansız, kasıb insana çatdırsın, o da bayrama qatılsın, o aldığı məbləği öz ailəsinin ehtiyaclarına xərcləyə bilsin.
Qeyd edim ki, Nəzir qutuları və məscidlərə yığılan ianələrlə bağlı məsələ nəzarətdədir. Bunu da Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məsələni tənzimləyir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB