“İnsanlar elə bilirlər ki, təmizlənmiş su içirlər” - AİB SƏDRİ AÇIQLADI

“İnsanlar elə bilirlər ki, təmizlənmiş su içirlər” - AİB SƏDRİ AÇIQLADI

“Su dadı, qoxusu, rəngi olmayan ilahi bir nemət olduğuna görə, onun keyfiyyətinin yoxlanılması çətindir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, maddələr istidən genişlənib, soyuqdan sıxıldığı halda su hər iki halda genişlənir: “Su qeyri-adi möcüzəli, sabit qalan bir maddədir. Lakin onun bu xüsusiyyətlərindən daim sui istifadə olunur”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Azərbaycanda ən bəyənilən şirkət məhsullarının da saxtası mövcuddur. İnsanlar elə bilirlər ki, təmizlənmiş su içirlər. Lakin bunu müəyyən etmək çox çətindir. Suyun qablaşdırılmasında onun mənbəyi yazılmalıdır. Təəssüf ki, buna əməl edilmir. Əhali bu məsələdə aldadılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə