“Məlum olduğu üzrə, axşam paytaxt ərazisində Formula 1 yarışlarına görə bəlli yollar bağlanacaq. Sürücülərdən xahişimiz odur ki, həmin ərazilərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, belə şəraitdə ictimai nəqliyyata üstünlük vermək daha məqsədəuyğundur: “Sürücülər yollarda təhlükəsizlik qaydasına ciddi şəkildə riayət etsinlər və nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaqdan çəkinsinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB