"Ramazan ayında oruc tutanlar bayram günlərindən sonra normal qidalanmağa qayıtmaq üçün mütləq şəkildə lazım olan bəzi qaydalara əməl etməlidir. Əsas məsələlərdən biri Ramazandan sonra 4-5 gün müddətində yarım saat əvvələ çəkməklə axşam yeməyini qəbul etməkdir". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, orucluq zamanı insanlar uzun müddət ac qaldığı üçün daha çox xəmir xörəkləri və ya paxlalılar istehlak edir ki, normal qidalanmaya keçdikdə bunun miqdarını nisbətən azaltmalıdır: "Bundan əlavə, tez həzm olunan qidalar qəbul etmək lazımdır. Axşam yeməyində xüsusilə, tərəvəzli yeməklərə üstünlük verilməlidir. Bunlar lifli qidalardır və bağırsaqların hərəkətliliyini təmin edir. Bununla da bir çox hallarda insanlarda orucluq zamanı yaranan qəbizliyin qarşısı alınır".
Mütəxəssis sözlərinə davam edərək bildirib ki, Ramazan bayramından sonra səhər yeməyindən imtina etmək sağlamlıq üçün faydalı hesab olunmur: "Eyni zamanda, axşam yeməyindən sonra açıq havada gəzmək sağlamlıq üçün çox faydalıdır. Çünki qəbul olunan qidaların həzmini asanlaşdırır və maddələr mübadiləsinin pozulmasının qarşısını alır. Susuzluq halları yaşanmasın deyə maye qəbuluna diqqət edilməlidir. Həmçinin, birdən-birə yağlı, turş və duzlu qidaların qəbuluna başlamaq olmaz. Bu, orqanizmdə duz balansının pozulmasına gətirib çıxarır və nəticədə oynaqlarda problemə, yüksək təzyiqə səbəb ola bilər. Ramazandan sonra həzm sistemində problemlərin olmaması üçün mümkün qədər az qızardılmış, yüngül bişmiş qidaları tükətmək lazımdır. Gün ərzində mövsümü meyvələrlə yanaşı, quru meyvələr də istehlak olunmalıdır ki, itirilmiş vitamin və minerallar yenidən bərpa olunsun.
Orucluqdan sonra sağlamlıqda yaranan problemləri qidaların intervalına diqqət etməklə, yuxu rejimini qaydaya salmaqla həll edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB