“Qırmızı xətt üzrə 17 dizel generator alınıb” - QURUM RƏSMİSİ AÇIQLADI
“2018-ci ildə baş verən hadisədən sonra cənab Prezidentin rəhbərliyi ilə geniş müşavirə keçirilmişdi. Həmin müşavirə zamanı Bakı Metropoliteninin alternativ enerji mənbələri ilə təchiz olunması barədə cənab Prezidentin konkret tapşırıqları var idi. Qısa müddət ərzində həmin istiqamətlərdə tədbirlər görüldü”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, ilk öncə alternativ enerji mənbələri nəzərə alınmaqla layihələr hazırlandı, avadanlıqlar sifariş verilərək, quraşdırılmağa başlanıldı: “Qırmızı xətt üzrə 17 dizel generator alınmaqla paytaxın 10 elektrik yarımstansiyasının nəzdində yerləşdirildi. Bənövşəyi xətt üzrə isə artıq hazırda “8 Noyabr” stansiyasının yaxınlığında dörd dizel generator quraşdırılıb. Bu isə mövcud xəttin dörd stansiyasına xidmət göstərilməsinə kifayət edən gücə malikdir. Bu dizel generator stansiyaları təkcə stansiyaların işıqlandırılması deyil, eyni zamanda qatarların hərəkətinin təmin olunmasına şərait yaradır. Bu sistemlər iki ildən artıqdır ki, tam şəkildə fəaliyyət göstərir. Əgər elektrik enerjisinin verilməsi ilə bağlı hər hansı bir problem yaranarsa, avtomatik olaraq sistemlər qoşulacaq və qatarların ən yaxın stansiyalara çıxarılması təmin ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB