"İnsanı yalnız sevgi və anlayış xilas edə bilər" - PSİXOLOQ DANŞDI
"Autizmdən əziyyət çəkənlər yüngül, ağır formalar kimi bir neçə qrupa bölünürlər. Heç kəs cəmiyyətdən uzaq düşmək, özünü fərqli hiss etmək istəmir. Lakin valideynlər bu cür uşaqların özləri və cəmiyyət üçün bəzən təhlükəli ola biləcəyini unutmamalıdırlar. Düzdür, bu, çox az bir faizi təşkil edir. Lakin valideynlər, yaşca böyük insanlar buna anlayış göstərə bildikləri halda, uşaqlar bəzən bunu anlamır və aqressivləşirlər. Bu cür uşaqlarda aqressivlik basqın xüsusiyyətlərdən birinə çevrilir. Bunun ən əsas səbəbi isə özlərini aydın izah edə bilmədiklərindən, duyğuların onları bu cür istiqamətləndirməsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, ağırlaşmış autizmli uşaqlar digər uşaqlarla münasibətdə aqressivləşdikdə, digərləri də yaşları baxımından bunun səbəbini analamır və müəyyən problemlər yaranır: "Təbii ki, autizmli uşaqları cəmiyyətdən kənarda saxlamaq düzgün deyil. Lakin cəmiyyətə çıxardıqda da uşaqları daim nəzarətdə saxlamaq lazımdır. Burada valideynlərin də işi olduqca ağırdır, çünki münasibətləri balanslaşdırmaq o qədər də asan olmur.
Dünyada autizmli uşaqların müalicəsi ilə bağlı irəliləyişlər olduqca inkişaf edib. Valideynlər, ətrafdakı insanlar daim onlara qayğı ilə yanaşmalıdırlar. Yəni hər şeydə olduğu kimi, burada da insanı yalnız sevgi və anlayış xilas edə bilər. Eyni zamanda, autizmli uşaqların, adətən, fitri istedadları olur və valideynlər bunu ortaya çıxarmaq üçün çalışmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB