"Ağalı kəndində 86 ailənin məskunlaşması təmin olunub" - QURUM RƏSMİSİ AÇIQLADI
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışına imkan yaradıb". Bu sözləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində iş aparılır, irimiqyaslı layihələr həyata keçirilir: “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında, müasir standartlara cavab verən yeni yaşayış sahələri salınır. Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında inşa olunan Ağalı kəndində 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunub".
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, eyni zamanda, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi, yəni 90 nəfər köçürülüb: "İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə, qəzalı vəziyyətdə yaşayan ailələrdir. Qarşıdakı aylarda məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB