Başlıbel faciəsində nələr baş vermişdi? - TARİXÇİ FAKTLARI AÇIQLADI
"1988-ci ildən başlayaraq ermənilərin əsassız ərazi iddialarına qarşı Sovet imperiyası heç bir zəruri tədbirlər görmədi. Ermənistan dövləti və Sovet hökumətində hazırlanan planların realllaşması üçün qarşıdurmaların meydana gəlməsi, ermənilər tərəfindən hazırlanmış sui-qəsdlər, nəqliyyat vasitələrində və digər yerlərdə terror hadisələlərinin mütəmadi xarakter alması nəticəsində cəzasız qalanların fəaliyyəti onların daha ağır cəza növləri həyata keçirmələrinə şərait yaratdı". Bu sözləri SİA-ya açıqlamasında tarixçi-ekspert, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev bildirib.

Tarixçinin sözlərinə görə, ermənilərin təşkilatlandırılması, onlarda nizami ordunun yaradılması, silah-sursatla təmin olunması, diversiya qruplarının yetişdirilməsi, hətta Ermənistanda yerləşən Rusiyanın 102-ci bazasının əsgərlərindən də diversiya məqsədi ilə istifadə edilmişdir. Məhz elə bir qrup Kəlbəcərin işğalından qabaq həmin rayonun ərazisində Azərbaycan polisləri tərəfindən tərksilah edilmişdir: "1991-ci ildən aktiv hərbi müdaxilənin müharibəyə çevrilməsi, Azərbaycan Respublikasında ordunun tam formalaşdırılması, silah-sursat təminatında olan gerilik, ermənilərin isə əksinə hər tərəfdən real köməyi, fövqəlgüclərin hərbi və siyasi dəstəyi nəticəsində ruhlanan Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində Qarabağda vəziyyətin günü-gündən ağırlaşırdı. Başlıbel faciəsinə qədər ermənilər Yuxarı Qarabağın bir sıra ərazilərində İmarət-Qərvənd, Meşəli, Kərkicahan, Cəmilli, Malıbəyli, Quşçular və digər ərazilərdə kəndlər yandırılmış, əsir alınan insanlara qarşı vəhşicəsinə rəftar edilmişdir. Daha sonra Qaradağlı, Xocalı, Ağdaban soyqırımları törədilmişdir. Dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların bu hadisələr sükutla seyr etmələri ermənilərin vəhşiliyini daha da artırırdı".
Ə.Mustafayev sözlərinə belə davam edib: "1993-cü il aprelin 2-də dörd tərəfdən hücuma keçən Ermənistan ordusu mühasirə şəraitində olan Kəlbəcər rayonunu işğal etdilər. Rayonun kəndləri həm bir-birindən aralı, həm də dağlıq ərazidə olduqlarından baş verən hadisələrdən xəbər tutmaq asan deyildir. Digər tərəfdən kəndlərlə əlaqə saxlamaq üçün bütün zəruri tədbirlər görülməmişdir. 2000 nəfərə yaxın olan kənd əhalisindən 73 nəfəri sonradan müxtəlif yollarla çıxmağa çalışsalar da, bu mümkün olmamışdır. Pərakəndə şəkildə hərəkət edən 73 nəfərdən yolda 9 nəfər ermənilər tərəfindən ələ keçirilərək öldürülür, 5 nəfər isə girov götürülmüşdür. Məcburiyyətdən silahsız, köməksiz vəziyyətdə qalan əhalinin bir hissəsi çıxış yolunu geri qayıdaraq bələd olduqları kahalarda gizlənməyə məcbur olurlar. Kahalarda gizlənən insanların bir hissəsi 18 gündən sonra ələ keçirilərək aprelin 18–də 18 nəfər qətlə yetirilib, 14 nəfər girov götürülübdür. Qalan 32 nəfər isə çox çətinliklərlə yalnız gecələr hərəkət etməklə 113 gündən sonra iyulun 17 ermənilərin işğal etdikləri ərazini tərk edə bildilər.
Ermənistan dövləti bu soyqırım, işğalçılıq siyasətinin davam etdirməsinə, böyük güclərə arxayın olmasına baxmayaraq, Azərbaycan ordusu düşmənin bel sütununu qıraraq torpaqlarımızı azad etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB