“Ermənilərin hərəkətləri vəhşilikdən başqa bir şey deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Laçın-Şuşa-Xankəndi yolunda ekofəalların dinc aksiyası mahiyyətinə görə təkcə Azərbayan təbiətinin qorunmasına deyil, planetin ətraf mühitinin qorunmasına yönəldiyindən bu məsələyə bizim yanaşmamız da geniş olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ermənilər işğal olunmuş ərazilərimizdə ətraf mühiti məhv edirlər: “Onlar təbii sərvətləri talan edir və ekologiyaya zərbə vururlar”.
Musa Qasımlı sözlərinə belə davam edib: “Onların hərəkətləri vəhşilikdən başqa bir şey deyil. Ekofəallar isə həmin vəhşiliyin dayandırılmasını istəyir.
Hesab edirəm ki, ekofəalların aksiyası nəticəsinə çatana qədər davam edəcək. Bu məsələdə bir addım da geri çəkilmək ziyanlı olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB