"Bəzi ailələrdə iki adlılıq hökm sürür" - PSİXOLOQ DANIŞDI

"Bəzi ailələrdə iki adlılıq hökm sürür" - PSİXOLOQ DANIŞDI

"Uşaqlara nənə-baba adlarının verilməsi həmin yaşlı nəslin adlarının və xatirələrinin davam etdirilməsi baxımından yaxşıdır. Lakin müəyyən adlar var ki, onlar artıq köhnəlib və uşaq üçün gələcəkdə narahatlığa səbəb ola bilər. Buna görə də bəzi ailələrdə iki adlılıq hökm sürür. Yəni uşağın adı başqa olur, lakin başqa adla çağrılır. Bu problem gələcəkdə uşaqlarda kompleksə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, adətən uşağa nənə-baba adlarının verilməsi ailənin digər fərdləri üçün müsbət rol oynayır: "Lakin bu hal uşaqlar üçün o qədər də müsbət olmur. Çünki köhnəlmiş adlar yaş artdıqca onlarda kompleks yaradır, xüsusilə də bu hal qız uşaqları baxımından daha xarakterikdir.

Eyni zamanda adları qısaldaraq, ləqəblərdən istifadə edərək, uşaqlara səslənməyin özü də düzgün hesab edilmir. Buna görə də ad seçərkən yaşadığımız dövrə, adın müasirliyinə və s. də mütləq şəkildə fikir verməliyik. Hər bir halda o adı daşıyan ata-analar deyil, müasir nəslin gəncləri olacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə