“1500-ə yaxın müraciətə baxılıb”

“1500-ə yaxın müraciətə baxılıb”

“Mən 2016-cı ildən Əfv Komissiyasının üzvüyəm. Bu illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə əfv sərəncamları imzalayıb. Əfv Komissiyası adətən yanvar ayından fəaliyyət göstərməyə başlayır. Bu il ilk dəfə olaraq artıq 12 iclas keçirmişik. Dörd aydır ki, komissiyası çox gərgin çalışır. Təxminən 1500-ə yaxın müraciətə baxılıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, bu ilki sərəncam həm də Ümummili Lider Heydər Əliyevin 100 illiyi ilə bağlıdır: “Buna görə də gözləntilər də olduqca çoxdur.
Müraciətlərə baxarkən, mərhəmət-humanizm prinsipləri nəzərə alınaraq, müraciət edən məhkumların törətdiyi cinayətlərin ağırlığı barədə yekdil fikrə gəlinir. Daha sonra isə səsvermə ilə qəbul olunur.
Komissiya bu il çox gərgin işlədi və qarşıda bir olan bir neçə iclas daha var. Hansı ki, onlar da yekunlaşdıqdan sonra, yekun sənədlər toplanıb, Azərbaycan Prezidentinə təqdim ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə