Yaz ağac əkini mövsümü başlayandan 1 milyon 24 mindən artıq ağac əkilib
Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir. SİA-nın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, təkcə bu gün Şəmkir rayonunun meşə fondu torpağında 6000-dən çox ağac əkilib.
Xidmət rəsmisinin sözlərinə görə, yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında ümumilikdə 1 milyon 24 mindən artıq ağac əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB