Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada yubley tədbiri. - Heydər Əliyev – 100

Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada yubley tədbiri. - Heydər Əliyev – 100

Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ali, orta ixtisas və Ümumtəhsil məktəblərində təkcə təhsildə qazanılan uğurlarla deyil, daha çox yaşıllaşdırma tədbirləri və ağacəkmə aksiyaları ilə yadda qalır. Bu günlərdə Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Ulu öndərin yubley tədbirlərinin davamı kimi “Heydər Əliyevin təbiət sevgisi” adlı növbəti tədbir baş tutub. 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gimnaziyanın rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə gimnaziyanın direktoru Tehran Höccətov açaraq bildirmişdir ki, Heydər Əliyevin anadan olmasının 100 illiyini tədris müəssisəmizin kollektivi şagirdlərin təlim, tərbiyəsində qazanılan uğurlu göstəricilərlə qarşılayır. Eyni zamanda şagirdlərimizə əmək vərdişləri, xüsusilə təbiət sevgisini aşılayırıq. Məlum olduğu kimi dahi rəhbər bütün sahələrə diqqət yetirdiyi kimi ekologiyamızın inkişafına da xüsusi önəm verirdi. Çalışırıq ki, məktəblilərimiz vətəni, təbiəti məhz Ulu Öndər kimi qızğın məhəbbətlə sevsinlər və onun mühafizəsi qayğısına qalsınlar.

1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, yazıçı-ekoloq Bəxtiyar Hüseynov geniş məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, Heydər Əliyevin dövlət fəaliyyətində ekoloji siyasət mühüm yer tuturdu. O, demək olar ki, bütün çıxışlarında ekoloji məsələlərə toxunur, ölkə təbiətinin mühafizəsinə və zənginləşməsinə xüsusi önəm verir və gənc nəslin bu ruhda tərbiyyə olunmasını tövsiyyə edirdi...

Tədbirdə şagirdlərin Ulu Öndər, Vətən və təbiət mövzularında səsləndirdiyi şeirlər maraqla qarşılandı.

Sonda Bəxtiyar Hüseynov tədris müəssisələrində ekoloji tədbirlərin keçirilməsi və şagirdlərə Ulu Öndərin təbiət sevgisinin aşılanması üçün yaradılan şəraitə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığını bildirdi və mövzu ilə əlaqədar verilən suallar cavablandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə