Qəndlə bağlı problem niyə hələ də həllini tapmır? - QURUM RƏSMİSİ AÇIQLADI

Qəndlə bağlı problem niyə hələ də həllini tapmır? - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandıqdan sonra ilk ən uğurlu işi məhsulların adı və firmalar barədə açıq məlumat verməsi olub. Biz beş ildən artıqdır ki, kəllə qəndlərin hazırlanması zamanı tərkibinə kimyəvi maddənin vurulması məsələsini təqib edirik. Bizə gələn sonuncu məlumat "Şipşirin" qəndləri ilə bağlı oldu. Belə ki, bu qəndin həddindən artıq bəyaz olması, kisələrdə və əsasən cənub regionunda satılması istehlakçıların marağına səbəb olmuşdu. Həmin qənd kisələrindən birini istehlakçı Azad İstehlakçılar Birliyinə gətirərək tərkibinə kimyəvi maddə vurulub-vurulmamasının araşdırılmasını tələb etmişdi". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, əldə olunan ilkin məlumata görə, bu qəndin təkibində də həmin kimyəvi maddədən, yəni kükürd dioksinddən istifadə olunduğu aşkar edilib: "Lakin bu müstəqil laboratoriyanın məlumatı olmadığı üçün biz onu açıqlamırıq. İstehlakçının şübhələrinin doğru olduğu qənaətinə gələrək, AQTA-ya yazılı məlumat vermişik. Baxmayaraq ki, həmin məlumat mart ayının 3-də verilsə də, hələ də geri cavab verilməyib.

Azad İstehlakçılar Birliyinin apardığı iş nəticəsində məlum olur ki, həmin müəssisədə qəndin ağardılması üçün lazım olan avadanlıq var. Azad İstehlakçılar Birliyinin sədri olaraq, avandanlığa baxmaq üçün müəssisəyə dəvət edilmişəm. Lakin mənim baxmağım kifayət etməyəcəyi üçün müəssisəyə getmədim. Biz hələ də AQTA-nın cavabını gözləyirik. Çox təəssüf ki, ölkəmizdə qəndlə bağlı bu problem köklü şəkildə həllini tapmır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə