Psixoloqlar pasientlərin sirlərini necə qoruyub saxlayır? - PSİXOLOQ AÇIQLADI

Psixoloqlar pasientlərin sirlərini necə qoruyub saxlayır? - PSİXOLOQ AÇIQLADI

“Bəzən görürsünüz ki, qeyri-peşəkarlar çalışmaqla bərabər, hətta psixoloq adı ilə səhifə açıb işlədirlər. Bəziləri də pasientlərinin sirlərini “Əsəbləşdim dedim” adı altında açıb tökürlər. Unutmayın ki, insanların taleyi ilə oynamaq olmaz”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, psixoloqa danışdığı halda hər bir insanın məxfiliyi var: “O dərk edir ki, məsələni psixoloqa danışır. Məsələn, problemi heç kimin bilməyini istəmir və psixoloqa danışır ki, məsələ sakit şəkildə həll olunsun.

Məxfiliyin qorunması vacib məsələlərdən biridir. Hətta birinin ginekoloji probleminin belə anonimliyini qorumalısan. Əks halda həmin insana çox böyük bir zərbə vurursan.

Anonimlik pozulduğu halda hüquq mühafizə orqanlarına müraciət etmək olar. Anonimliyi pozulan pasient psixoloqdan təzminat da tələb edə bilər”.

Aytən Ələkbərova sözlərinə belə davam edib: “Pasientin sirrini ailə üzvü də daxil olmaqla heçkimə danışmaq olmaz. Bəs, biz bu sirləri necə qoruyub saxlayırıq? Gündə 8-10 nəfərə yaxın insanın həyat tarixçəsini dinləyirik. 45-50 dəqiqə müddətində biz onlardan nə dinləyiriksə, o orada da qalır.

Biz ali məktəb zamanından psixoloq andımızı şüurumuza yerləşdirmişik. Amma hər hansı bir yeniyetməni dinləyiriksə, yaxud gəncin tükürpədici problemləri varsa, psixoloqlar arasında pasientin adını çəkməmək şərti ilə müzakirə edilir. Bunu mən və digər psixoloqlar da edərək, bir-birimizdən dəstək alırıq. Lakin qəti şəkildə ad çəkmirik. Xəstəliyi, sindromu, problemi müzakirə etmək lazımdır, insanı yox. Əks halda bütün pasientlərin haqqı var ki, onların şəxsi sirləri danışıldığı halda təzminat istəsinlər. Çünki bu onların o dərəcə psixi halətini poza bilər ki, bu psixatrik xəstəyə belə çevrilə bilərlər.”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə