"Makyaj etmək orucu pozmur. Ümumiyyətlə, orucu pozan şeylər müəyyənləşmişdir və onlardan xaric heç bir şey orucu pozmur". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.
Onun sözlərinə görə, ilk növbədə oruc ibadətini pozan hallara yemək və içmək aid edilir. Cima yəni, kişi-qadın intim münasibəti və istimna da orucu pozan əməllərə daxildir. İstimna, (yəni kişi-qadın münasibəti olmadan insanda şəhvət hissləri oyanarkən xaric olan maye) və ya bu halın baş verməsi üçün bir iş görsə və ya başqası ilə cimadan qeyri bir iş etməklə maye xaric etməsinə deyilir".
Din xadimi sözlərinə davam edərək bildirib ki, orucu pozan hallardan biri də Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin (ələyhimus-salam) davamçılarının adından yalan isnad verməkdir: "Qatı tozu boğaza yetişdirmək də oruc ibadətimizi pozur. Onu da deyim ki, tüstü də bu hallardan hesab olunur. Bir insanın boynuna qüsl almaq gəlibsə onu sübh azanına kimi aradan qaldırmalıdır. Məsələn, cənabət, qadınların isə heyz və nifas halında qalması orucu batil edər. Axıcı şeylərlə imalə etmək və qəsdən qusmaq da orucu pozur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB