“Ucuz qiymətə yüksək keyfiyyət gözləmək mənasızdır“ - EKSPERT DANIŞDI

“Ucuz qiymətə yüksək keyfiyyət gözləmək mənasızdır“ - EKSPERT DANIŞDI

“Parklanma qiymətlərinin hazırkı reallığa uyğunluğu haqqında dəqiq və məntiqli söz demək çox çətindir. Hazırda yaxşı xidmət göstərən, qeyri-qanuni yerlərdə tətbiq olunan müxtəlif formalarda parklanmalar mövcuddur. Bakı Nəqliyyat Agentliyi parklanma məsələsini öz üzərinə götürmək istəyir. Xeyli zamandır ki, bu məsələ onlara təhkim olunsa da, konkret olaraq məsələ həll olunmur. Buna görə də Bakı şəhərində parklanma məsələsi problem olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzi ilə kənar əraziləri arasında da parklanma qiymətlərində fərqlərin olması normal haldır: “Hazırda parklanma ilə bağlı konkret qiymətlər bəlli edilməyib. Lakin heç bir yerə rüsum ödəmədən, əldə olunan pulun hara getməsinin bəlli olmadığı bir çox yerlərdə parklanma üçün ödəniş alınır. Bu qiymətlər isə fərqli-fərqlidir. Bu baxımdan da konkret qərar qəbul edilməsi zəruridir. Bu qiymətlər isə nə çox baha, nə də çox ucuz olmamalıdır. Ümumiyyətlə çox ucuz qiymətə yüksək keyfiyyət gözləmək mənasızdır. Yaxın zamanda bu məsələnin həll ediləcəyini ümid edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə