"Stansiyaya sərnişin axınının formalşaması üçün bir il vaxt tələb olunur" - QURUM RƏSMİSİ AÇIQLADI
"Təcrübə göstərir ki, hər bir stansiya istismara verildikdən sonra stansiyanın sərnişin kontengentinin formalaşması üçün müəyyən dövr tələb edilir. İlk variantlarda təxminən 6 aya qədər, ümumilikdə isə sabit sərnişin axınının formalaşması üçün bir ilə yaxın vaxt tələb olunur. Buna görə də həmin ərazidə məskunlaşmış və ya həmin istiqamətə gedən insanlar metro nəqliyyatından istifadə edərək özləri üçün optimal qiymətləndirmə aparırlar". Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, ötən üç ay ərzində stansiyanın kontingenti artan tempdə davam edir. Stansiyanın yerləşdiyi coğrafiya da mühüm rola sahibdir: "Metropoliten hazırda xüsusilə "Xocahəsən" stansiyası istiqamətində sərnişinlər arasında monitorinqini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB