Dondurulmuş qidalar orqanizmə necə təsir edir? - MÜTƏXƏSSİS DANIŞDI
"Ümumiyyətlə, bir məhsul yalnız 1 dəfə dondurula bilər. Marketlərdə satılan dondurulmuş məhsulları alanda diqqətli olmaq lazımdır. Məsələn, generatorla təmin olmayan marketdə işıqlar söndükdə həmin dondurulmuş məhsulların buzu açılır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, daha sonra işıq yandıqda məhsul yenidən donmağa başlayır: "Bunun nəticəsində qida zəhərlənməsi ola bilər. Çünki bir məhsulu ikinci dəfə dondurmaq zərərlidir. Əgər qablaşdırılmasında hər hansı bir deformasiya yoxdursa və yaxud məhsul qabın içində bir-birinə yapışmıyıbsa, onda istehlak etmək mümkündür. Ev şəraitində də bu qaydalara riayət etmək lazımdır".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB