Paytaxt ərazisində ən çox qeydə alınan qayda pozuntusu HANSIDIR? - BŞDYPİ RƏSMİSİ AÇIQLADI

Paytaxt ərazisində ən çox qeydə alınan qayda pozuntusu HANSIDIR? - BŞDYPİ RƏSMİSİ AÇIQLADI

"Paytaxtda parklanma probleminin mövcud şəraitdə qismən həll ounması üçün sürücülərin baxışı, məsələlərə yanaşma tərzi və ən əsası, məsuliyyəti hissi dəyişməlidir. Sürücü intizamı artmalıdır ki, problemlərdə həll olunsun. Bunun üçün təbliğat və maarifləndirmə işləri mütəmadi formada aparılmalıdır. Vəziyyətin yaratdığı xoşagəlməz halları vətəndaşlara başa salmaq lazımdır ki, yolların hərəkət hissəsində avtomobil saxlamaq yolun keçiciliyinə mənfi təsir edir, insanların vaxtında mənzil başına çatmasına mane olur". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsində avtomobil park edən sürücülər öz rahatlığını düşünür, lakin bu zaman həmin yoldan keçən minlərlə insanın həyatını çətinləşdirir: "İnsanların şüurlu olaraq bu tip qayda pozuntularını etməkdən çəkinməsi üçün tədbirlər həyata keçirilməlidir. Bu işdədə elə ən gərgin iş məhz dövlət yol polisinin üzərinə düşür. Biz bunu mütəmadi olaraq edirik. Eyni zamanda, inzibati qanunvericiliyin qayda pozan şəxslər üzərində tətbiqi də həll yollarından biridir. Paytaxt ərazisində ən çox qeydə alınan qayda pozuntularından birincisi də elə məhz dayanma-durma qaydasıdır. Bildiyiniz kimi, son dövrlərdə də qanunvericiliyə dəyişiklik edildi. Bu dəyişikliyə əsasən, artıq dayanma-durma qaydasının pozulması avtomatik rejimdə tətbiq olunmağa başlayıb. Yəni, xüsusi texniki vasitələrlə elektron qaydada qərarlar avtomotik rejimdə qəbul olunur. Kameradan baxılaraq görüntü götürülür və şəxs məsuliyyətə cəlb olunur".

Araz Əsgərli sözlərinə davam edərək bildirib ki, istər təbliğat-maarifləndirmə işləri, istərsə də inzibati protokolların tətbiqi metodları bu növ qayda pozuntularının yaşanmaması üçün həyata keçirilən tədbirlərin bir hissəsidir: "Daxili İşlər Nazirliyi və onun struktur bölməsi olan Dövlət Yol Polisi tərəfindən bu ikisindən savayı hansı tədbir görülə bilər ki?! İnsanların parklama imkanlarının artırılması üçün dövlətin aidiyyatı strukturları bu siyasəti həyata keçirirlər. Parklanma üçün yeni yerlərinin artması olduqca zəruri və şəhərsalma prinsiplərinə əsaslanan məsələdir. Bununla bağlı aidiyyatı qurumlarda öz üzərinə düşən işləri görməlidir. Parklanma probleminin dahada dərinləşməməsi üçün tikinti işləri aparılarkən bu məsələyədə nəzarət mexanizmləri güclü olmalıdır. Yeni tikilən binaların ərazisi müəyyənləşdirilərkən parkinq yerlərinin bina sakinlərinin sayına uyğun olması nəzərə alınmalıdır. Yeni yaşayış və iş mərkəzləri harada və və hansı formada tikilməyindən asılı olaraq parklama məsələsidə ciddi təhlil olunmalıdır. Amma tikilən binalarda parklanma yerləri kifəyət qədər nəzərdə tutulmursa, bu, öz-özlüyündə problemin yaranma səbəblərindən biri kimi illər keçdikcə xüsusəndə avtomobilləşmənin sayı artdıqca problemi dahada qabarıq formada yaşamağımıza səbəb ola bilər. Bir sözlə, yollarda təhlükəsizliyin və nəqliyyatın fasiləsiz hərəkətini görmək istəyiriksə tək inzibati yollarla deyil ictimai nəqliyyat imkanlarını artırmaqla, şəhərsalma normalarına həssaslıqla yanaşmaqla məsələlərə kompleks yanaşmaqla daimi həll yollarını müəyyən etmək olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə