İmişlidə “Xalqın qəlbindəki əbədi abidə” adlı tədbir keçirilib - FOTOLAR
İmişli rayon Heydər Əliyev mərkəzində Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunan “Xalqın qəlbindəki əbədi abidə” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət mərkəzinin direktoru Nazim Əzimov, İmişli Uşaq İncəsənət Məktəbinin direktoru Baxış Babaşov, müəllim kollektivi, şagirdlər və fəal partiya üzvləri iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, ulu öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən Səfa Ağayev qeyd edib ki, milli qurtuluşdan başlanan zəfər yolu xalqımızı tarixi qələbə gününə qədər aparıb.
Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan natiqlər qeyd ediblər ki, ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.
Tədbirin sonunda Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında Ümumilli Lider Heydər Əliyevə həsr olunan şeirlər və musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB