İstehsal gücü 100 min yumurta olan müəssisə tikilir

İstehsal gücü 100 min yumurta olan müəssisə tikilir

Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir.

SİA-nın məlumatına görə, “Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəssisəsi rayonun Niyazoba kəndində 3,5 hektar ərazidə salınır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.

İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq 100 000 ədəd yumurta istehsal etmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə