Görücü üsulu, yoxsa sevib evlənmək? - ARAŞDIRMA

Xüsusilə biz türklərin mədəniyyətində çox rast gəlinən görücü üsulu evlilik oğlanla qızın bir-birini tanımadıqları evlilik üsuludur. Bizdən bir-iki nəsil əvvəl, cəmiyyətimizdə nikahların ən azı 90 faizi görücü üsulu ilə baş tutub. Bəs, indi vəziyyət necədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İndi müxtəlif tanışlıq mərhələlərindən keçən gənclər bir-birini yaxşı tanımadan qərar qəbul etmirlər.

Görücü üsulu evlilik mədəniyyətin böyük bir hissəsini təşkil edir. Bəzən bir-birini heç tanımayan insanlar bu yolla qısa zamanda ər-arvad olurlar. Görücü üsulu evlilik oğlanın anası və ya oğlanın özünün qız görüb bəyənməsi ilə başlayır. Daha sonra qızın ailəsi ilə tanış olan qayınana vəziyyəti qızın anasına danışır. Bu mərhələdə, adətən, qızın anası qızdan istəyini soruşur. Qızın razılığını aldıqdan sonra qız istəmə mərasimi başlayır.

Elçilik mərasimi, ilk növbədə, qadınlar arasında baş verir. Bu, faktiki mərasimə hazırlıq mərhələsidir. Qız tərəfi qadınlara yol açır. Qızın anası ailə daxilində nikahla bağlı son qərarını qayınanasına izah edir. Qız istəmədə ana, ata və bir neçə ailə ağsaqqalı və bəy namizəd iştirak edir.

Qız istəmə mərasiminin əsas sualları olur. Çünki qızın ailəsi və xüsusən də evlənəcək qız kişini heç bir şəkildə tanımır.

Oğlunuzun işi, qazancı nədir?
Oğlunuzun pis vərdişi varmı?
Oğlunuzun evi, maşını var?

Bu suallar çoxlarına qəribə gəlsə də, qızın atası qızını verəcək adamın yaxşı ailə başçısı olmasını istəyir. Ona görə də bu suallar verilir.

Nişan mərhələsi cütlüklər üçün çox önəmlidir. Çünki onlar bu prosesdə bir-birlərini tanıyırlar. Bir-birini daha yaxşı tanıyan və bir-birini sevməyə başlayan cütlüyü evlilik və toya hazırlıq prosesi gözləyir.

Aşiq olan cütlüyün evlilikdən çox böyük ümidlər və gözləntilər yaşayacağını təxmin etmək çətin deyil. Bunun üçün demək olar ki, hər yerdə keçərli olan universal sevgi dilinə baxmaq kifayətdir. Sevginin ölçüsü və intensivliyi xoşbəxt evliliyə zəmanət verirmi?

Xoşbəxt bir evliliyin açarının sevgi olduğu bir çox aşiq cütlük tərəfindən qəbul edilir. Beləliklə, aşiq olan cütlüyün evliliklərindən ümidləri və gözləntiləri olduqca yüksək ola bilər.

Təəssüf ki, “sevginin gözü kordur” ifadəsi olduqca realdır. Fərdlər, yalnız görmək istədiklərini görərək kor olurlar.

Evlənməzdən əvvəl bir çox amilləri nəzərə almaq lazımdır

Evliliyin uzun ömürlü, məmnunluq və xoşbəxtlik təmin edəcək bir qurum olmasını istəyiriksə, evlilikdən əvvəl tanınma və qərar vermə mərhələlərində bir çox faktoru nəzərə almaq lazımdır. İki insan arasında emosional uyğunluq, cinsi uyğunluq, münaqişələrin həlli bacarıqları, həyat problemlərinə dair gözləntilər, qərar vermə bacarıqları, əxlaqi dəyərlər və inanclar, ailə harmoniyası, evlilik büdcəsinin idarə edilməsi, rollar, iş bölgüsü, uşaq sahibi olmaq və sayı, və karyera məqsədləri və s. bu kimi məsələlərdə onların razılığa gəlməsi vacibdir.

Valideynlər arasındakı münasibətlər də vacibdir?

Ana və atanın münasibəti, necə kişi və qadın rollarına sahib olduqları, aralarındakı iş bölgüsü, qərarların necə alındığı, sevgi göstərmələri, mübahisə etmələri kimi bir çox faktorlar var ki, bunlar uşağın öyrənməsində çox təsirlidir. Bu kimi amillər uşağın öyrəndiklərini yetkin həyatında quracağı münasibətlərə köçürməsi üçün böyük əhəmiyyət kəsb edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə