"Avtomobillərin park edilməsi ilə bağlı problemlər hələ də qalmaqda davam edir. Burada başlıca problemlərdən biri də yer məsələsidir. Nə vaxta qədər ki tariflər müəyyən edilməyib, kim avtomobilini harada saxlayacaq sualının cavabı yoxdur, bir o qədər parklanma ilə bağlı problem yaşanacaq. Bugünkü gündə Bakının küçələrinə nəzər yetirsək görərik ki, parklanma üçün ayrılan ərazilər heç 10%-i əhatə etmir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu olduqca az bir göstəricidir: "Demək olar ki, şəhərin mərkəzi hissələri və aparıcı küçə və prospektlərə yaxın ərazilər park üçün qadağan edilib. Əlbəttə ki, bu birmənalı qarşılanmır və vətəndaşlar üçün narahatlıq yaradır.
Mən təklif edərdim ki, Bakının mərkəzə yaxın yerləşən bir neçə küçəsi sırf park üçün ayrılsın. İki küçədən bir parklanmaya şərait yaratmaq lazımdır ki, o ərazidə işləyən vətəndaşların da, turistlərin də bununla bağlı narahatçılığı olmasın".
Qanunsuz parklanmaya gəldikdə isə nəqliyyat eksperti bildirib ki, əlbəttə dayanma-durma qaydasını pozanlar üçün cərimələr mövcuddur: "Bununla bağlı dövlət yol polisi də, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da mübarizə aparır. Yəni, qanunsuzluqla bağlı mübarizə tədbirləri həyata keçirilir. Amma qanunsuz parklanma halları olmaması üçün parklanmaya şərait yaradılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB