"Qədr gecəsi qədr sözündən məlum olduğu kimi qədər, miqdar deməkdir. Yəni, hədislərdə buyurulur ki, Allah-təala bu gecədə mələklərin vasitəsilə onalara əmr edər, yeni bir Ramazana qədər yaranmışların xüsusilə də insanların müqəddəratı qərarlaşdırılar. Biz bu gecədə çalışırıq ki, sübhədək oyaq qalaq. Çünki qədr gecəsinin digər bir adı da Əhya, yəni oyaq qalmaq gecəsidir".
Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini bildirib ki, Allah-təala bu gecəni hətta Peyğəmbərindən belə gizli saxlayıb ki, insanlar əksər gecəni qədr gecəsi bilsin və ibadətlə məşğul olsun: "Peyğəmbər öz hədisində buyurur ki, qədr gecəsi sonuncu 10 günlüyə təsadüf edər. Ona görə Ramazanın son on gününü xüsusi şəkildə keçirirlər ki, qədr gecəsini yaşaya bilsinlər. Qədr gecəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Allah-təala bu gecədə Peyğəmbərinə Quranı nazil edib. Biz də oyaq qalıb dualar etdikdə Quranın nazil olma zamanını yaşamış oluruq. Allah-təala Qədr surəsində də bu gecənin savab və fəzilətini geniş açıqlaması ilə bizlərə çatdırır. O gecə min aydan qiymətli bir gecədir".
Fuad Nurullayev sözlərinə davam edərək bildirib ki, başqa aylarda belə bir gecə yoxdur: "Müqəddəs Quran elə bir mənbədir ki, onun əzəmətini hər vaxt qorumalıyıq, onun dediklərinə əməl etməliyik. Qədr gecəsində iki rükət Əhya namaz qılınır. Sübh namazına oxşayır amma hər rükətdə 7 ixlas surəsi deyilir. Qədr gecəsində dualar etmək, zikr etmək, namaz qılmaq savabdır. İmkanl olanlar bu gecədə qüsl etsələr yaxşıdır. Qədr gecəsində insanlar öz xətalı səhvlərini nəzərinə gətirib, Allahdan bağışlanmağını istəməlidirlər. Allahı Qurana and verərək Peyğəmbərin, imamların ruhuna and verərək arzu və diləklərinin gerçəkləşməsini istəməlidilər. Bu ibadətlər xüsusilə birgə şəkildə məscidlərdə icra olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB